Çinin Rusiyaya hərbi və iqtisadi yardım göstərdiyinə dair sübutlar təqdim edilib - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bəzi Çin dövlət şirkətlərinin Rusiyaya hərbi və iqtisadi yardım göstərməsinə dair sübutlar təqdim ediblər . Söhbət Moskvaya ölümcül olmayan avadanlıqların tədarükündən və Çinin Kremlə qarşı sanksiyalar rejimini pozmasından gedir.

Çin şirkətlərinin bu cür hərəkətləri Qərb ölkələrinin Rusiyaya iqtisadi təzyiqi artırmaq səylərini sarsıdır. Eyni zamanda, ABŞ səlahiyyətliləri Çin hakimiyyətinin yerli dövlət firmaları tərəfindən sanksiyalar rejiminin pozulmasından xəbərdar olub-olmadığını bilmir.

Bayden administrasiyası Çin hökumətinə bəzi Çin dövlət şirkətlərinin Rusiyanın  Ukraynadakı hərbi səylərinə kömək edə biləcəyinə dair sübutlar təqdim edib . 
Çin hakimiyyətinin Rusiyaya qarşı sanksiya təzyiqini bilərəkdən zəiflətdiyi üzə çıxarsa, ABŞ Çinə qarşı əlavə məhdudiyyətlər tətbiq edə bilər. Məqalədə deyilir ki, Bayden administrasiyasının nümayəndələri artıq çinli həmkarlarına hadisələrin bu cür inkişaf ehtimalı barədə xəbərdarlıq ediblər.

"Trend o qədər narahatedicidir ki, ABŞ rəsmiləri bu məsələni çinli həmkarları ilə qaldırıblar və müharibəyə maddi dəstəyin göstərilməsinin nəticələri barədə xəbərdarlıq ediblər" deyə agentlik yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31