Türkiyə İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müzakirə edəcək - ÖZƏL
24 Yanvar 2023 13:01 DünyaOlaylar.az xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Şurası çərşənbə günü İsveç və Finlandiyanın NATO -ya üzv olmaq üçün müraciətlərini müzakirə edəcək . Bu barədə " Anadolu " agentliyi məlumat yayıb .
Agentliyin məlumatına görə, şuranın iclası 2023-cü ildə keçiriləcək ilk iclas olacaq. İclasda Ukraynadakı vəziyyət , İraqın şimalında və Suriyada aparılan əməliyyatlar fonunda terrorizmlə mübarizənin müzakirəsi planlaşdırılır .
"Ayrıca, son vaxtlar prezident Rəcəb Tayyib Ərdoğana və Qurani-Kərimə qarşı təxribatların baş verdiyi İsveçdəki vəziyyətə də toxunulacaq . Bu təxribatlar fonunda İsveç və Finlandiyanın NATO-ya müraciətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31