Məktəbdə dədə-baba qaydası ilə cəzalandırma: Hər uşağa beş şallaq - VİDEO
24 Yanvar 2023 10:11 DünyaRusiyada məktəbdə direktor müavininin uşaqları qayışla vurması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Hadisə Ust-Labinskdə baş verib.
Məlumata görə, tərbiyə işləri üzrə direktor müavini səs-küyün çox olduğu sinfə daxil olub. Onlarla bir az mübahisədən sonra uşaqlar cəza olaraq "onları döyməyi" təklif ediblər, üstəlik kəməri müəllimə veriblər.
Müəllim razılaşıb və iki şagirdin hər birinə beş qayış zərbəsi vurub.
Video direktora çatdıqdan sonra, müavin işdən qovulub.
sivil
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31