""Leopard"ların bizə çatacağına heç bir şübhəm yoxdur" - Kuleba

Alman "Leopard" tanklarının Ukraynaya təhvil verilməsinə "yarım addım" qalıb. Qərar tezliklə veriləcək.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Biz artıq bir vaxtlar qeyri-mümkün olduğu deyilən "British Challengers" almışıq. Artıq Fransız tanklarını almışıq. Fransa "Leclerc" tankları ilə təmin etməyi düşünür. "Leopard"ların bizə çatacağına heç bir şübhəm yoxdur. Biz hazırıq. Son mərhələdir", - nazir bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31