FTB zabiti rusiyalı oliqarxla əlaqələrinə görə SAXLANILDI

Keçmiş FTB zabiti əvvəllər ABŞ sanksiyalarına məruz qalmış rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqələrinə görə saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb.

Məlumata görə, ABŞ hüquq-mühafizə orqanları daxili kəşfiyyatda xüsusi agent olan və əks-kəşfiyyat əməliyyatlarında iştirak edən Çarlz Makqoniqalı saxlayıb.

Keçmiş casus Şri-Lankaya getdikdən sonra ötən şənbə günü günorta Kennedi hava limanına geri qayıdıb və elə hava limanındaca saxlanılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31