Rusiya vətəndaşları üçün GÖZLƏNİLMƏZ ADDIM

İsveç Rusiya vətəndaşları üçün viza müraciətlərinin qəbulunu bərpa edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyadakı İsveç səfirliyindəki diplomatik mənbələr məlumat verib.

"İsveçə viza üçün müraciətlərin qəbulunun bərpa olunduğunu elan etməkdən məmnunuq. Ərizə VFS Global viza mərkəzlərində təqdim oluna bilər", - məlumatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 16-da diplomatik nümayəndəlik texniki səbəblərə görə ölkəyə giriş icazələrinin verilməsinin mümkünsüzlüyünü bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31