"Aİ ölkələri Ukraynanın bərpasından pul qazanmaq üçün “cərgəyə” düzülüblər"- ÖZƏL

Olaylar.az xəbər verir ki,Aİ ölkələri Ukraynanın bərpasından pul qazanmaq üçün "cərgəyə" düzülüblər, Polşa indi "rəqabətə getməlidir", deyə Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marcin Przydacz bildirib. 

Rəsminin sözlərinə görə, Polşa firmaları Polşa büdcəsi hesabına deyil, Ukraynanı bərpa etməyə hazırdır.

"Bərpa həm də iqtisadi məsələdir. Biz Davosda bərpanın necə aparılacağı barədə danışdıq", - deyə Przydach izah edib.

Onun sözlərinə görə, Polşa vergi ödəyicilərinin üzərinə yük düşməsi planlaşdırılmır.

"Mənim fikrimcə, Polşa firmalarının orada böyük rol oynamaq şansı var", - deyə ölkə Prezidentinin İşlər İdarəsinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31