Rusiya və İran parlamentləri prezidentlərin qərarlarını qanuna çevirəcək – ÖZƏL
23 Yanvar 2023 14:50 Dünya"Rusiya və İran arasında münasibətlər onların prezidentlərinin qəbul etdiyi qərarlar əsasında dinamik şəkildə inkişaf edir və milli parlamentlər indi onları qanunlara çevirməlidirlər".
Olaylar.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafla görüşdə bildirib.
"Rusiya ilə İran arasında münasibətlər dinamik inkişaf edir. Ölkələrimizin prezidentləri münasibətləri necə inkişaf etdirmək və qarşılıqlı anlaşma üçün hər şeyi etmək nümunəsi göstərirlər. Biz də öz tərəfimizdən ən yüksək səviyyədə qəbul edilən qərarları dəstəkləmək üçün hər şeyi etməliyik", - Volodin vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31