Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya dəstək verəcək - ÖZƏL
23 Yanvar 2023 13:02 Dünya"Tokio Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstək siyasətinin bir hissəsi olaraq Yeddilik (G7) qrupundakı tərəfdaşları və Qlobal Cənub ölkələri ilə qarşılıqlı əlaqələri gücləndirməyi planlaşdırır".
Olaylar.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
"Beynəlxalq ictimaiyyətin dünyanın üzləşdiyi müxtəlif çağırışlara cavab olaraq əməkdaşlıq etməsinə əmin olmaq üçün G7 birləşəcək və sözdə Qlobal Cənub ilə qarşılıqlı əlaqəni gücləndirəcək. Bu məqsədlə biz enerji və ərzaq problemlərinin öhdəsindən gəlmək üçün birlikdə çalışacağıq. Bundan əlavə, biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi fəal şəkildə təşviq edəcəyik", - o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31