Kiyevə tankların verilməsi məsələsi bu gün həll olunacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Xosep Borrell bildirib ki, Ukraynaya tankların tədarükü məsələsi bu gün Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq, 

O qeyd edib ki, tankların tədarükü təkcə həll edilməli olan məsələ deyil.

"Avropa İttifaqı ölkələrinin Ukraynaya digər hərbi dəstəyini də nəzərə almaq lazımdır. Müxtəlif Avropa ölkələrinin bu məsələ ilə bağlı fərqli fikirləri var", - deyə Borrell bildirib.

Onun sözlərinə görə, Almaniyanın Ramşteynindəki Amerika bazasında keçirilən görüş iştirakçıları Avropa ölkələrinin Ukraynaya tədarük etmək niyyətində olduqları silahların müzakirəsində "yaxşı nəticələr" əldə ediblər.

Yanvarın 21-də Ramşteyn bazasında Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstəyin gücləndirilməsinə həsr olunmuş iclası başa çatıb. İclasda Kiyevə hərbi yardımın göstərilməsi ilə bağlı ciddi fikir ayrılığı olmayıb, lakin dinləyicilər Ukrayna prezidenti Vladimir Zelenskinin tələb etdiyi Alman Leopard tanklarının Ukraynaya tədarükü ilə bağlı yekdil qərar qəbul etməyiblər .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31