ABŞ maye qazı Avropadan Asiyaya yönləndirməyə başladı - ÖZƏL

Olaylar.az xəbər verir ki,ABŞ- ın əmtəə şirkətləri  mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü Avropa enerji bazarından Asiya regionuna yönləndirməyə başladılar. "Kommersant" qəzeti Platts statistikasına istinadən yazır ki , hazırkı tendensiyanın əsas səbəblərindən biri Avropa İttifaqında (Aİ) yanacağın birja qiymətlərinin düşməsi olub .

"Yanvarın 20 günü ərzində ABŞ-dan ixrac edilən LNG-nin təxminən 64%-i Avropaya göndərilib, halbuki 2022-ci ilin dördüncü rübündə bu göstərici orta hesabla 70%-dir. Eyni zamanda, Asiyaya daşınmaların payı dördüncü rübdəki 22%-dən 29%-ə yüksəlib.

Amerika yanacağının tədarükü marşrutlarının tədricən dəyişdirilməsinin digər səbəbi  koronavirusun yayılması ilə bağlı karantinlərdən sonra Çində iqtisadiyyatın və istehsal templərinin bərpası olub. Ümumilikdə, ABŞ hazırda ayda təxminən 8,6-8,8 milyard kubmetr qaz ixrac edir, məqalənin sonunda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31