Türkmənistan parlamenti birpalatalı sistemə KEÇDİ
21 Yanvar 2023 23:30 DünyaTürkmənistan parlamenti ikipalatalı sistemdən birpalatalı sistemə çevrilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkmənistanın rəsmi televiziyası məlumat yayıb.
Telekanal bildirib ki, Türkmənistan parlamenti palatalarının bu gün keçirilən birgə iclasının yekunlarına görə, ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı müvafiq konstitusiya qanunu layihəsi baxılması üçün Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova göndərilib. Prezident qanun layihəsinə baxıb və onu təsdiqləyərək imzalayıb.
Eyni zamanda, Türkmənistanda geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb, Qurbanqulu Berdiməhəmmədov Şuranın sədri təyin edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31