Məşhur aktyorlar Kişi Moda Həftəsinə bu geyimlə gəldilər - FOTO

Parisdə bu ay bir çox şəhərlərdə Kişi Moda Həftələri başlayıb.

Bu həftə isə keçirilən şouda "Dior" Moda Evi yeni kolleksiyasını təqdim edib. Dəvət olunan qonaqlar arasında 36 yaşlı britaniyalı aktyor Robert Pattinson da olub.

Olaylar.az sfera-ya istinadən bildirir ki, "Alacaqaranlıq" və "Batman" filmlərinin ulduzu premyera üçün əvvəlki görünüşlərindən fərqlənən çox qeyri-standart geyim seçib. Aktyor dizinin bir az aşağısında boz yubka geyinib və onu qəhvəyi rəngli süni xəz palto ilə birləşdirib.

Məşhur möhtəşəm imicini qara rəngli diz corabları və çəkmələri ilə tamamlayıb. Üzərindəki hər şey isə "Dior"dan olub.

Bundan əlavə, aktyor Lucien Laviscount də Paris Moda Həftəsində qeyri-standart obrazda görünüb. Belə ki, aktyor da 2023-cü ilin payız "Louis Vuitton" kişi geyim şousuna geniş paçalı şalvarın üzərinə geyilən uşaq mavi qat-qat yubkası ilə qatılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31