Andrey Babişə təhdid məktubları GÖNDƏRİLDİ

Çexiyanın keçmiş baş naziri, prezidentliyə namizəd olan Andrey Babişə təhdid məktubları göndərilib.

Olaylar.az xəbər verir ki, bu barədə Andrey Babiş məlumat verib.

Onun sözlərinə görə, məktubun mətnində hədə-qorxu və zərfin içində canlı patron da olub:

"Söhbət prezidentliyə namizədi və onun ailə üzvlərini qorxutmaqdan gedir, bu, azad cəmiyyətdə baş verməməlidir".

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31