Suma girməyə cəhd edənlərin QARŞISI ALINDI
21 Yanvar 2023 18:45 DünyaUkrayna hərbçiləri Rusiyanın altı nəfərdən ibarət təxribat-kəşfiyyat qrupunun Sum vilayətinə daxil olmasının qarşısını alıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Sum Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
O qeyd edib ki, insident yanvarın 20-də səhər tezdən baş verib:
"Dünən səhər saat 5 radələrində 6 nəfərdən ibarət qrup Rusiya ərazisindən Yunakiv icmasına keçməyə cəhd edib. Bu zaman Ukrayna hərbçiləri atəş açıb və bundan sonra düşmən geri çəkilib".
Qeyd edək ki, Rusiya diversantları bundan əvvəl də Sum rayonunda sərhədi keçməyə cəhd ediblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31