Paşinyanın həyat yoldaşı İranda MƏSCİDDƏ - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranda məscidə gedib.

Olaylar.az sfera.az-ya istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Belə ki, İrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın dini mərkəzi olan Qum şəhərinə gedib.

Anna Akopyan buradakı məscidi və Həzrəti Fatimənin məqbərəsini ziyarət edib.

Paşinyanın arvadını İranda məscidə apardılar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31