"Çılğın türklər hərəkətə keçəcək" - Rəcəb Tayyib Ərdoğan
20 Yanvar 2023 20:56 DünyaAnkaranın Afinanı "Tayfun" ballistik raketi ilə vurmaq niyyəti yoxdur.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu gün onlar Türkiyənin "Tayfun" raketlərinin Afinaya tuşlanması ehtimalını müzakirə edirlər. Bizim belə bir hədəfimiz yoxdur. Yunanıstan həqiqətən Türkiyənin beynəlxalq müqavilələrə əsasən demilitarizasiya zonaları olan adalarda silah yerləşdirilməsinə məhəl qoymayacağına inanırmı? Bilin! Əgər ölkəmizə qarşı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Çılğın türklər hərəkətə keçəcək", - Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31