"Hava əlaqəsinin bərpasını dəstəkləmirəm” - Zurabişvili

Rusiya ilə hava əlaqəsinin bərpasını dəstəkləmirəm.

Olaylar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

"Bütün tərəfdaş ölkələr sözdə və ya əməldə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəylik ifadə etdiyi bir vaxtda hökumətin və hakim partiyanın mövqeyi mənim və cəmiyyətin əksəriyyəti üçün anlaşılmazdır", - Zurabişvili bildirib.

Prezident rusların Gürcüstanda qalması üçün şərtlərin sərtləşdirilməsinə də çağırıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31