“Fast-food” qaraciyər sirrozu və xərçənginə səbəb olur- Amerikalı alimlərdən yeni ARAŞDIRMA

Amerikalı alimlər qaraciyər yağlanması olan 4000-ə yaxın yetkin insanın məlumatlarını təhlil ediblər. Respondentlərin təxminən 30 faizi gündəlik kalorilərinin ən azı 20 faizini hamburger, kartof qızartması, pizza kimi "fast-food"lardan alıblar.

Olaylar.az xəbər verir ki, tədqiqatın yekununda qeyri-sağlam qidalanma ilə qaraciyər yağlanması arasında əlaqə müəyyən edilib. Məlum olub ki, kalorisinin ən azı beşdə birini "fast-food"dan alan obez (piylənmə) və ya diabet xəstələrində qaraciyərin yağlanma səviyyəsi "fast-food"a daha az müraciət edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

O da bəlli olub ki, qaraciyərin yağlanması gələcəkdə alkoqola bağlı olmayan sirroza və xərçəngə səbəb ola bilər.

"İnsanlar gündə bir dəfə "fast-food" restoranında yemək yeyirlərsə, bunun zərərli olmadığını düşünə bilərlər. Bununla belə, əgər bu bir yemək gündəlik kalorilərinin hətta beşdə birini təşkil edərsə, onlar qaraciyərlərini riskə atarlar", - tədqiqat müəllifləri yazır.

Alimlər insanlara yeməkləri evdə hazırlamağı və ya "fast-food" müəssisələrinin menyusundan ehtiyatla yemək seçməyi tövsiyə edir: "Restoranların çoxunda sağlam seçim var. Siz sadəcə təsviri oxumalı, kalorilərinizi izləməli və sifariş zamanı daha sağlam seçimlər etməlisiniz", - Çikaqodakı Tibb Mərkəzindən Nensi Ro deyir.

Yağlı qaraciyər "fast-food" istehlakının yeganə riski deyil. İspaniyalı tədqiqatçılar aşkar ediblər ki, çoxlu zərərli qida qəbul edən insanların xromosomlarında yaşlanma ilə bağlı dəyişikliklər daha çox olur.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31