Moskva ABŞ-ın İsraildən Ukraynaya sursat tədarükü ilə bağlı xəbərləri yoxlayır – ÖZƏL
19 Yanvar 2023 15:25 Dünya"Rusiya ABŞ-ın İsraildən Ukraynaya silah-sursat tədarükü ilə bağlı xəbərləri araşdırır və bu məsələni müzakirə etmək üçün İsraillə əlaqə saxlayacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.
"New York Times ötən gün bir xəbər dərc etdi. İndi mən bir vaxtlar çox hörmətli olan bu qəzetin dərc etdiyi hekayələrə daha az maraqla yanaşıram, çünki o, bir az tabloidə bənzəyir. Biz ABŞ-ın İsrail ərazisindən Ukraynaya artilleriya mərmilərinin tədarüküməsələni araşdırırıq və mövzunu müzakirə etmək üçün kanallarımız vasitəsilə israilli həmkarlarımızla əlaqə saxlayacağıq", - diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31