Rusiya Qərbin Kiyevə verdiyi bütün silahları məhv edəcək – ÖZƏL
19 Yanvar 2023 15:02 Dünya"Rusiya ordusu Qərb ölkələrinin Ukrayna qoşunlarına göndərdiyi bütün silahları məhv edəcək".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
"Bu hamıya aydın olmalıdır - biz Zelenskiyə verilən istənilən silahı məhv edəcəyik. Bu, Böyük Vətən Müharibəsi illərində olduğu kimi indi də belədir. Keçmiş sovet torpaqlarında nasist rəmzləri daşıyan tankların meydana çıxması birmənalı olaraq bizi Ukraynadakı neonasist rejimini devirmək və regionda qonşu xalqların əvvəlki dövrlərdəki kimi dinc yaşaya bilməsi üçün normal şərait yaratmağı qarşıya məqsəd qoyur" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31