"Taliban"dan qadınlarla bağlı daha bir QADAĞA
18 Yanvar 2023 20:32 DünyaƏfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı Bəlx əyalətində qadınların kişi həkimlərin yanına getməsini qadağan edib.
Olaylar.az bildirir ki, kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib.
Bildirilir ki, qadağaya görə, kişi xəstələr kişi həkimlərin, qadın xəstələr isə qadın həkimlərin qəbuluna yazılmalıdır. Kişilərin qadın xəstələrin olduğu otaqlara daxil olması qəti qadağandır.
Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyulmuşdu.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31