Ukraynada helikopter qəzasında ölən və xəsarət alanlar açıqlandı - RƏSMİ

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 14 nəfərdir.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəsmi məlumat yayıb.

Ölənlərdən birinin uşaq olduğu bildirilib.

Yaralananlar isə 25 nəfərdir, onlardan 11-i uşaqdır.

Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərinin yekunlaşmaq üzrə olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31