320 kiloqramlıq xəstəni daşıyan həkimlər rekord qırdılar - VİDEO

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşemuraşkinski rayonunun həkimləri bu peşə sahibləri arasında ağırlıqqaldırma üzrə rekordu yeniləyiblər. Onlar təxminən 320 kq ağırlığındakı 51 yaşlı xəstəni daşımalı olublar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, rayon Səhiyyə Nazirliyinin şöbə müdiri David Məlik-Hüseynov bildirib ki, yeni nailiyyət öz mürəkkəbliyi və ağırlığı ilə ötən ilki 255 kq-a yaxın çəkisi olan xəstənin daşınması əməliyyatınını geridə qoyub və tarixi çəki rekordu kimi qeydə alınıb.

Onun sözlərinə görə, əməliyyatda 20-dən çox insan iştirak edib ki, onların arasında təcili yardım, fəlakət tibbi mərkəzi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da olub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31