Lavrov: Zelenski ilə danışıqlardan söhbət gedə bilməz
18 Yanvar 2023 12:57 DünyaBiz Ukrayna ilə bağlı bütün ciddi təkliflərlərə baxmağa hazırıq.
Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, söhbət Zelenski ilə danışıqlardan gedə bilməz:
"Rusiya Qərbin danışıqlarla bağlı bütün ciddi təkliflərinə baxmağa hazırdır. Lakin hələlik ciddi təklif yoxdur".
Lavrov onu da bildirib ki, Qərblə ancaq Ukrayna ilə bağlı danışıqlar aparmaq mənasızdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31