Qar altından tapılan fişəng uşağı kor edəcəkdi - VİDEO
18 Yanvar 2023 12:35 DünyaRusiyanın paytaxtında 13 yaşlı uşağın ehtiyatsız davranışı onu xəstəxanalıq edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, belə ki, əyləncə məqsədi ilə fişəngi yandırmaq istəyərkən, fişəng uşağın əlində partlayıb. Nəticədə yeniyetmələrdən biri gözündən xəsarət alıb.
Uşaqlar iddia edirlər ki, fişəngi küçədə qarın altından tapıblar. Paytaxt prokurorluğu bu faktı yoxlayır.
Baş verənlər parka quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31