İngiltərədə minlərlə tibb işçisi tətilə çıxıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyada minlərlə tibb işçisi maaşların artırılması tələbi ilə iki gündür tətil keçirir.

Maaşların artırılmasını tələb edən tibb bacıları Milli Səhiyyə Xidmətinin (NHS) 55 filialının nümayəndələri olaraq tətilə çıxıblar. Bildirilir ki, yaxın iki gün ərzində yalnız kimyaterapiya, təcili onkoloji yardım, dializ, reanimasiya, neonatal və uşaq reanimasiya şöbələri adi rejimdə işləyəcək. Qalan tibb işçiləri tətilə çıxıb, həmkarlar ittifaqı nümayəndələri isə etirazların miqyasının hər dəfə artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Daha əvvəl məlum olmuşdu ki, Böyük Britaniyada 25 minə yaxın həkim, sürücü və təcili tibbi yardım işçisinin iştirak etdiyi ümummilli tətil bütün tibb sənayesinə ciddi ziyan vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31