Görüntüsü ilə gündəm olan qadın danışdı: "O gündən bəri yaşamıram" - VİDEO

Rusiyanın Ukraynanın Dnepr şəhərindəki yaşayış binasını bombalamasından sonra görüntüsü ilə gündəm olan Anastasia Şveys adlı qadın mediaya açıqlama verib.

Olaylar.az xəbər verir ki, qadın bildirib ki, hücum zamanı o yatağında olub. Raket zərbəsində sonra evin bir hissəsi çöküb. Lakin o ciddi xəsarətlər almayıb. Hadisə zamanı qadının anası və atası da evdə olsa da, hələlik onları tapmaq mümkün olmayıb. Qadın bildirib ki, o bir müddət əvvəl sevgilisini Rusiya ordusu ilə müharibədə cəbhədə itirib: "O gündən bəri yaşamırdım. Sadəcə varam".

Qeyd edə ki, hücum zamanı 40-a qədər dinc sakinin həlak olduğu bildirilir.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31