Çilidə elm və texnologiyaların insan həyatına təsiri müzakirə olunur - ÖZƏL - FOTO
17 Yanvar 2023 12:26 DünyaÇilinin paytaxtı Santyaqo şəhərində "Kongres Futuro 2023" öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov məlumat verib. Bildirib ki, Kongresin açılı mərasimində Çilinin prezidenti Gabriel Boriç, Senatın sədri senator Alvaro Elizalde, Deputatlar Palatasının sədri Vlado Miroseviç, elm adamları və siyasətçilər çıxış edərək elm və texnologiyaların insan həyatına müsbət və mənfi təsirlərindən danışıblar. Süni intelekt bizi keçmişə və gələcəyə necə apara biləcəyi ilə bağlı maraqlı mövzularda çıxışlar oldu. O cümlədən, süni intelekt və texnologiyaların siyasi proseslərə təsirləri, cinayətkarlığın araşdırılmasında istifadəsi, yaşıl enerjinin inkişaf etdirlməsinin vacibliyi, neftin insan həyaının inkişafında rolu və digər mövzularda maraqlı məruzələr edildi. ,,Congres Futuro-2023,, 20 yanvar tarixinə kimi davam edəcəkdir".

.jpg)