Təyyarə qəzasında həlak olan 22 nəfərin cəsədi müəyyən edilib- ÖZƏL
17 Yanvar 2023 11:49 DünyaOlaylar.az xəbər verir ki, Nepalın Mülki Aviasiya İdarəsi tvitter hesabında yazıb ki, Poxarada baş verən təyyarə qəzasında həlak olan 72 nəfərdən 22-nin cəsədi müəyyən edilərək yaxınlarına təhvil verilib. "70 nəfərin meyiti tapılıb. 22 cəsəd həlak olanların ailələrinə və yaxınlarına təhvil verilib", - deyə nazirlikdən bildirilib. Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Nepalda 4 Rusiya vətəndaşının ölümü ilə nəticələnən təyyarə qəzası faktı ilə bağlı cinayət işi açıb.
Yanvarın 15-də səhər yerli Yeti Hava Yollarına məxsus ATR 72 təyyarəsi Nepalın Poxara şəhərindən paytaxt Katmanduya daxili reys həyata keçirib. Təyyarə Kaski şəhərinin Poxara rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 68 sərnişin, o cümlədən dörd Rusiya vətəndaşı, həmçinin dörd ekipaj üzvü olub, onların hamısının öldüyü bildirilir.