Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşdü, ölənlər var

Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, Qaziantepdən Ədirnəyə hərəkət edən avtobus Tarsus-Pozantı şosesində yük avtomobili ilə toqquşub.

Nəticədə 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31