"Bu, Üçüncü Dünya müharibəsidir” - Kadırov
16 Yanvar 2023 23:34 DünyaƏgər Rusiyaya qarşı olanları dünya birliyi adlandırsaq, onda Ukraynadakı konflikti Üçüncü Dünya müharibəsi saymaq olar.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.
"Bu gün Ukraynadakı münaqişədə iştirak edən Avropa dövlətlərini götürsək - bunlar NATO və digər əlaqəli dövlətlərdir - və bu dövlətləri dünya birliyi adlandırsaq, onda demək olar ki, bu, Üçüncü Dünya müharibəsidir", - deyə Kadırov bildirib.
Bununla bərabər, o qeyd edib ki, hərbi əməliyyatlarda Çin, Hindistan, Pakistan kimi iri dövlətlər iştirak etmir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31