Başqasının cinayətinə görə HƏBS EDİLDİ
16 Yanvar 2023 20:40 DünyaABŞ-da polis səhvən qadını həbs edib və bir həftə həbsxanada saxlayıb.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə NBC Philadelphia telekanalı məlumat yayıb.
Bundan əvvəl ziyarətçilərdən biri Texas ştatının Uebster şəhərindəki idman mağazalarından birində oğurluq edib. Polis onun Culi Hadson olduğunu müəyyən edib.
Müşahidə kamerasından çəkilmiş şübhəlinin şəklinin Filadelfiyadan olan 31 yaşlı tələbə, həmçinin Culi Hadson adlı şəxsin sosial şəbəkələrdə yerləşdirdiyi fotolara bənzədiyi üzə çıxıb. Qarışıqlıqdan xəbərsiz olan məsum qadın tezliklə işdən imtina ilə üzləşib və müəyyənləşdirib ki, onunla bağlı cinayət işi qaldırılıb. O, nə baş verdiyini öyrənmək üçün polisə gedəndə həbs edilib. Nəticədə başqasının cinayətinə görə bir həftəyə yaxın həbsxanada yatıb.
Hadsonun qohumları Texas və Filadelfiya polisləri ilə əlaqə saxlayıb və onun azadlığa buraxılmasına çalışıblar. Texas ştatındakı Harris Kaunti Prokurorluğu onların arqumentləri ilə razılaşıb və sübut olmaması səbəbindən ona qarşı ittihamların ləğv edilməsini tələb edən vəsatət qaldırıb. Uebster polisi sonda səhv barədə məhkəməyə məlumat verib. İttihamlar ləğv edilib və Culi sərbəst buraxılıb.
"Qeyri-qanuni bir şey etmədiyinizi biləndə bu, sizi dəli edir. Hamı səni cinayətkar hesab edir və sonda öyrənirsən ki, bu belə deyil", - Culi Hadson azadlığa çıxdıqdan sonra deyib.
Hadsonun ailəsi bildirib ki, onlar onu azad etməyə nail olsalar da, yanlış məlumatlar polis məlumat bazasından silinməyib. "Mən nə baş verdiyini anlamaq istəyirəm. Mən bunun necə baş verdiyini anlamaq istəyirəm və başqa heç kimin başına belə səhvlər gəlməməsini istəyirəm", - Hadson vurğulayıb. Hadsonun ailəsi polisi məhkəməyə verməyi planlaşdırır.