Bu ölkədə 60 qadın qaçırılıb
16 Yanvar 2023 16:50 DünyaSilahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aribenda hakimiyyətinə istinadən məlumat yayılıb.
Məlumata görə, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər.
Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.
Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31