Türkiyə son vaxtlar anti-Rusiya addımlarına həvəslidir- ÖZƏL

"Xəbər dolaşır ki, Ankara Kiyevə kaset bombası verir. Eyni zamanda, bir neçə gün əvvəl inquşlar İstanbulda konfrans keçirib və müstəqillik haqqında bəyənnamə qəbul edib. Düzdür, buna paralel olaraq biz görürük ki, Türkiyə, həm də Rusiya ilə enerji layihələrində maraqlıdır.

Beləcə ortaya maraqlı nüans çıxır: iqtisadi baxımdan maraqları üst-üstə düşən Türkiyə və Rusiyanın, siyasi-hərbi maraqları ziddiyyət təşkil edir. Bu ziddiyyətli nöqtələrin başında biz Qarabağ-Zəngəzuru və Suriyanı misal çəkə bilərik".

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:

"Məhz bu ziddiyyətlərdir ki, Türkiyə öz məqsədlərinə çatmaq üçün Rusiyaya qarşı öz təsir rıçaqlarını işə salmaq istəyir. Daha doğrusu, Türkiyə Rusiyaya mesaj ötürür ki, onun maraqlarını təmin etməsə, Ankara Moskvaya qarşı əlindəki imkanlarından istifadə edə bilər.

Rusiyanın bu kimi mesajlardan qorxmayacağı aydın məsələdir. Elə isə yaxın zamanlarda Moskva və Ankara arasında gərginliklər müşahidə edə bilərik. Əlbəttə, indiki zamanda hər iki ölkə bir-birinə ehtiyac duyur. Buna görə də, gərginlik iki ölkə arasındakı əlaqələrə zərər verməyəcək. Onsuz da biz tez-tez görürük ki, Putin və Ərdoğan dil tapa bilir və kompromisə gedərək ortaq məxrəcə gələ bilirlər. İki ölkənin orta yol tapması isə ən başda Azərbaycanın maraqlarına tam uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31