Ukrayna hərbçiləri Avropada təlimlərini gücləndirib- ÖZƏL
16 Yanvar 2023 11:32 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley Ukrayna hərbçilərinin Avropada hazırlanması məqsədinin dəyişdiriləcəyini, yəni təlim kursunun mürəkkəb olacağını, birləşmiş silahlı döyüş elementlərinin prosesə daxil ediləcəyini açıqlayıb. Generalın sözlərinə görə, bu cür dəyişikliklər Ukrayna hərbçilərini Rusiya ordusunun mövqelərinə qarşı yeni iri hücuma hazırlamaq məqsədi daşıyır. "Biz istəyirik ki, ukraynalılar öz ölkələrini uğurla müdafiə edə bilsinlər. Ukrayna yalnız itirilmiş əraziləri ələ keçirməyə çalışır" deyən Pentaqonun sözçüsü təlimin beş həftədən səkkiz həftəyə qədər davam edəcəyini bildirib. Dəqiqləşdirib ki, 500 ukraynalı hərbçi artıq Almaniyadakı Qrafenver poliqonunda təlim keçmək üçün gəlib.
Milley bundan əvvəl bəyan etmişdi ki, yanvarın 15-də ABŞ ordusu Almaniyada Ukrayna hərbçilərinin döyüş hazırlığına başlayıb.