"Həmin vaxt sizə kömək edən olmayacaq..." - Zelenskidən ruslara XƏBƏRDARLIQ

"İndi Rusiyanın həyata keçirdiyi terrora səssiz qalan ruslar da eyni təhlükə ilə üzləşəcəklər, ancaq onlara gələndə kömək olmayacaq".

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində Rusiyada və onun hüdudlarından kənarda yaşayan ruslara müraciətində deyib.

"Sizin qorxaq susqunluğunuz, baş verənləri gözləmək cəhdiniz yalnız bir gün sizin arxanızca həmin terrorçuların gəlməsi ilə bitəcək", - Ukrayna prezidenti bildirib.

O vurğulayıb ki, "bu insanlar oxşar vəziyyətə düşdükdə və köməyə ehtiyacı olanda onlara kömək edəcək heç kim olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31