Trampın şirkəti 1,6 milyon cərimələndi
16 Yanvar 2023 10:51 DünyaNyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus olan "Trump Organization" şirkətini vergidən yayınmaqda təqsirli bilib və cərimələyib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə CNBC məlumat yayıb.
Məlumata görə, cərimənin məbləği 1,6 milyon dollar təşkil edib ki, bu da müvafiq cinayətə görə maksimum cəzadır.
Qeyd olunub ki, "Trump Organisation"a daxil olan "Trump Corporation" və "Trump Payroll Corp" biznes qeydlərini saxtalaşdırmaqla çoxillik fırıldaqçılıq və vergidən yayınma sxemindən istifadə etməkdə təqsirli biliniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31