Kulebadan Rusiyanı üzəcək XƏBƏR
14 Yanvar 2023 23:54 Dünya"Polşa və Finlandiyadan başqa daha üç ölkə "Leopard" tanklarını Ukraynaya təhvil verməyə hazırdır".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Artıq transfer etməyə hazır olan, lakin Almaniya ilə məsələnin yekun həllini gözləyən beş ölkəmiz var", - Kuleba deyib.
Kuleba qeyd edib ki, Polşanın Ukraynaya "Leopard" tankları vermək vədi digər ölkələri də hazır olduqlarını bəyan etməyə sövq edib. Xüsusilə, söhbət Finlandiyadan gedir, nazir əlavə edib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31