"Bu xəbər Moskvanı sevindirməlidir" - İstvud

ABŞ-ın Ukraynaya göndərəcəyi sursat tükənməyə başlayır. Bu xəbər Moskvanı sevindirməlidir.

Olaylar.az xəbər verir ki, bunu təqaüddə olan ABŞ zabiti Brent İstvud deyib.

"Ukraynada sürətlə silah-sursat tükənir, bu, ABŞ-ı çətin vəziyyətə salır",- keçmiş zabit qeyd edib.

İstvud hesab edir ki, ABŞ hərbi anbarlarını doldurmaq üçün sənaye bazasının müəyyən miqdarda sursat istehsal etməsi 5 ilə qədər çəkə bilər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31