Ruslar 4 istiqamətdə İRƏLİLƏYİR
14 Yanvar 2023 23:17 DünyaSoledar uğrunda şiddətli döyüşlər davam edir, işğalçılar daha dörd istiqamətdə irəliləyirlər.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
"Düşmən Donetsk vilayətini tamamilə ələ keçirmək niyyətindən əl çəkmir. Bu məqsədlə o, əsas səylərini Baxmut istiqamətində hücum əməliyyatlarına yönəldir. Soledar uğrunda ağır döyüşlər davam edir. Əsgərlərimiz gecə-gündüz düşmənin hücumlarını dəf edir. İşğalçılar böyük itki verirlər. Düşmən Liman, Avdeyevski və Novopavlovski istiqamətlərində də hücuma keçir. Kupyanski istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa, Zaporojye və Xerson istiqamətlərində isə müdafiə olunur", - məlumatda deyilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31