"Ukrayna münaqişəsi bizə bu dərsi verdi" - Yaponiya Baş naziri

Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər.

Olaylar.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida deyib.

"Avropa və Hind-Sakit okean regionunun təhlükəsizliyinin təminatları bölünməzdir. Ukrayna münaqişəsi bizə bu dərsi verdi. Bu səbəbdən Hind-Sakit okean regionunda təhlükəsizliyi gücləndirmək üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək lazımdır",- Kişida bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31