“Qərbin sanksiyaları nə Rusiyanın hərəkətlərini dəyişdirdi, nə də qəti hərbi qələbə qazanmaq imkanı verdi" - Kalın
14 Yanvar 2023 19:30 DünyaQərbin Rusiyaya qarşı gördüyü tədbirlər qeyri-effektiv oldu.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
"Qərbin sanksiyaları nə Rusiyanın hərəkətlərini dəyişdirdi, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdi. Bəs biz nə etməliyik? Bunun daha bir, iki, üç il davam etməsinə şərait yaratmaq?!", - Kalın bildirib.
Kalın əlavə edib ki, sanksiyalar Rusiya xalqını çevriliş etməyə və prezident Vladimir Putini vəzifədən uzaqlaşdırmağa məcbur etməyib. Həmçinin Türkiyə hakimiyyəti Rusiyaya qarşı sanksiyalarına qoşulmağı planlaşdırmır, çünki bu sanksiyalar Rusiyadan daha çox Türkiyənin iqtisadiyyatına ziyan vurur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31