Viktor Orban və Türk Dövlətləri Təşkilatının Baş katibi arasında görüş olub
13 Yanvar 2023 23:07 DünyaMacarıstan Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Ömüraliyev və Orban TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələri nəzərə almaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar.
Tərəflər həmçinin TDT-nin Budapeştdəki nümayəndəliyinin, TDT ölkələrinin Macarıstan və Avropa qurumları arasında əməkdaşlığın təşviqində mühüm rolundan bəhs ediblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31