"Rusiya və İran arasında tərəfdaşlıq daha da artıb” - Prays
13 Yanvar 2023 18:49 DünyaTehranla Moskva arasında hərbi əlaqələr son bir neçə ayda daha da dərinləşib.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
"Ümumi qiymətləndirməmiz dəyişməyib. İran hələ də Rusiyanın təhlükəsizlik yardımının ən mühüm mənbəyidir. Bu, uzun müddətdir mövcud olsa da, son aylarda Rusiya və İran arasında tərəfdaşlıq daha da artıb", - Prays bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31