Polşa Ukraynanın qərbində torpaqların daha fəal işlənməsinə başlayır - ÖZƏL

"Varşava Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra Ukraynanın qərbində torpaqların daha aktiv şəkildə işlənməsinə başlayıb, bütün siyasi və hərbi təşəbbüsləri həyata keçirib".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.

"Qərb silahlarının tranzit qovşağı funksiyalarını yerinə yetirən Polşa Rusiya tərəfindən xüsusi hərbi əməliyyata başlayandan sonra bütün siyasi və hərbi təşəbbüsləri həyata keçirərək, Ukraynanın qərbindəki torpaqları daha aktiv şəkildə inkişaf etdirməyə başladı. Varşavanın səyləri regional təhlükəsizlik baxımından narahatlıq doğurmaya bilməz"- o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31