NATO Rusiyaya nəzarət üçün Rumıniyaya sistem yerləşdirir- ÖZƏL
13 Yanvar 2023 14:14 DünyaOlaylar.az xəbər verir ki, NATO Rusiyanın "hərbi fəaliyyətini" izləmək üçün Almaniyadan Rumıniyaya AWACS təyyarələrini yerləşdirməyi planlaşdırır. Bu barədə alyansın saytında bildirilir. Alyansa görə, sistemlər yanvarın 17-də Rumıniyaya təhvil verilməlidir. "NATO Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) kəşfiyyat təyyarələrini Rumıniyanın paytaxtı Buxarestə göndərəcək. Təyyarə 2023-cü il yanvarın 17-də gəlməlidir və Alyansın regionda gücləndirilmiş mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətini izləyəcək", - məlumatda deyilir.
Bundan əvvəl "Reuters" agentliyi ABŞ-ın rotasiya çərçivəsində Şərqi Avropaya hərbi texnika daşıdığını bildirmişdi. ABŞ ordusunun tankları və digər hərbi texnikası "NATO-nun şərq cinahını gücləndirmək səyləri çərçivəsində" Polşa və Litvaya göndərilmək üçün Hollandiyanın Vlissingen limanına gəlməyə başladı. Ümumilikdə limana 1250-yə yaxın texnika gəlib.