Rusiya və Belarus potensial gərginliyin qarşısını almaq üçün təlimlər keçirir - ÖZƏL
13 Yanvar 2023 13:58 DünyaRusiya və Belarusun birgə təlimləri müdafiə xarakteri və potensial düşmənləri eskalasiya və təxribatlardan çəkindirmək məqsədi daşıyır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
O qeyd edib ki, mövcud hərbi-siyasi vəziyyət şəraitində keçən ilin oktyabrından Belarus ərazisinə Rusiya-Belarus birgə regional qoşun qrupunun əlavə kontingentləri yerləşdirilib.
Polişçukun sözlərinə görə, hazırda döyüş koordinasiyası, təlimlər və manevrlər keçirilir:
"Onlar İttifaq dövlətinin təhlükəsizliyini təmin etməyə yönəlmiş müdafiə xarakterlidir və potensial düşmənlərimizi eskalasiya və təxribatlardan çəkindirməlidir. Bu məsələdə belaruslu müttəfiqlərimizlə tam anlaşmamız var".