ABŞ Milli Kəşfiyyatı 500-dən çox yeni UFO xəbəri alıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyatı 500-dən çox yeni UFO hesabatı əldə edib.

Onlardan bəzilərinin şar və ya dron olduğu müəyyən edilib. Eyni zamanda, onlardan 171-nin mənşəyi qeyri-müəyyən olaraq qalıb. Bundan əvvəl bildirilmişdi ki, aerokosmik mühəndislik sahəsində peşəkar icma olan Amerika Aeronavtika və Astronavtika İnstitutu (AIAA) naməlum uçan obyektlərin (UNO) mülki və hərbi aviasiyaya təsirini öyrənmək üçün layihəyə başlayır. ABŞ Müdafiə Nazirliyi və NASA-nın iri podratçılarının daxil olduğu institut (naməlum) müdaxilələrin pilot və sərnişinlərin təhlükəsizliyinə necə təsir etdiyini öyrənmək üçün üç texnologiya komitəsi yaradıb.  AIAA yeni istiqamət çərçivəsində öz işini dövlət qurumları və beynəlxalq tədqiqatçılarla əlaqələndirmək niyyətindədir. AIAA-nın iştirakı ABŞ Konqresinin Pentaqonun ekspertlərini və kəşfiyyat orqanlarını UNO-ların tədqiqinə cəlb etmək üçün əlavə addımlar atmasından sonra məlum olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31