Krakenin yaratdığı xəstəlik adətən kəskin respirator virus infeksiyası kimi irəliləyir - ÖZƏL

"Kraken adlı yeni XBB.1.5 Omicron subvariantının yaratdığı xəstəlik adətən kəskin respirator virus infeksiyası kimi irəliləyir".

Olaylar.az xəbər verir ki, bunu sanitar nəzarət orqanının Mərkəzi Elmi Tədqiqat Epidemiologiya İnstitutunda genomik tədqiqatlar üzrə işləyən qrupa rəhbərlik edən Kamil Xafizov bildirib.
"Bu virusun yaratdığı xəstəlik yüngül xarakter daşıyır, adətən kəskin respirator virus infeksiyası kimi irəliləyir. Əhalinin həssas kateqoriyalarından olan insanlarda xəstəlik o qədər də yüngül şəkildə inkişaf etməsə də, ən azı XBB.1.5-in geniş yayıldığı xaricdən belə məlumatlar mövcuddur" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31